Qanunsuz olaraq azadlıqdan məhrum etmə və hədə-qorxu ilə pul tələb etmə faktları üzrə 4 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin Dedoplistskaro rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 4 nəfəri qanunsuz olaraq azadlıqdan məhrum etmə və hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlayıblar. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb.

Qurumdan verilən məlumata görə, 2003-cü il təvəllüdlü M.B., 2001-ci il təvəllüdlü Q.M., 1989-cu il təvəllüdlü M.S. və sınaq müddəti olan 1994-cü il təvəllüdlü T.L. bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılaraq, zor tətbiq etməklə qanunsuz olaraq azadlıqdan məhrum etmə və hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılıblar.

“Cinayətlərə görə 4 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər pul almaq üçün 1972-ci il təvəllüdlü Q.C.-nı aldadaraq evindən çıxarıb, fiziki zorakılıq ediblər və öldürməklə hədələyərək azadlığına mane olublar.

Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsləri hadisədən az sonra yaxalayıblar.

“İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin üçüncü hissəsinin “a” və “e” bəndlərinə, habelə 181-ci maddənin ikinci hissəsinin “a” bəndinə uyğun olaraq aparılır”,
- məlumatda deyilir.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google