Gürcüstanın Baş naziri İrakli Kobaxidze “müsəlman icmasının
şərəfinə” iftar yeməyi verib.
Hökumət başçısı müsəlman icmasını bir aylıq Ramazan orucunun başa
çatması münasibətilə əvvəlcədən təbrik edib və onlara xoşbəxtlik,
firavanlıq, uğurlar arzu edib” – bu barədə hökumətin rəsmi feysbuk
səhifəsində məlumat yayımlanıb.
“Müsəlman icması, bizim ayrılmaz hissəmiz, bizim ölkənin
qurulmasında çox böyük töhfə verir və bizim qardaşlığımız böyük
tarixə söykənir. Gürcüstan unikal ölkədir, burada gürcü və
azərbaycanlı, şiə, sünni müsəlmanlar eyni məsciddə ibadət edirlər.
Mənim üçün sülh içində yanaşı yaşamaq, bu qardaşlıq ənənəsi çox
dəyərlidir və bunu əməlimizlə də təsdiq edirik. Dövlət müsəlman
icmasına bu günə qədər 237 məscid verib, daha 20 məscid onlara
vermək üçün hazırdır. Dövlət müsəlman icması üçün maliyyəni 4 150
000 lariyə qədər artırıb və iqtisadi artımın izi ilə bu dəstək daha
da artırılacaq. Gürcüstanın rəngarəngliyi bizim ölkənin əsas
zənginliklərindən biridir. Bu gün də, müasir Gürcüstan dövlətinin
qurulmasında, ictimaiyyətin bütün qrupları, bütün dini icmalar, hər
bir fərd bu prosesin tamhüquqlu iştirakçısı olduğunu hiss
etməlidir. Biz, dövlət gələcəkdə də bunun üçün hər şey edəcəyik”-
Baş nazir bildirib.
Paylaşımdan aydın olur ki, iftar süfrəsində toplaşmış müsəlman
icmasına Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza
Vaşağmadze, Gürcüstan Müsəlmanlarının şeyxi Faiq Nəbiyev, Qərbi
Gürcüstanın müftisi Adam Şantadze və Şərqi Gürcüstanın müftisi
Etibar Eminov müraciət edib.
Gürcüstanın Baş nazirinin adı ilə müsəlman icasının şərəfinə
açılmış iftar süfrəsində həmçinin, Barışıq və Vətəndaş Bərabərliyi
Məsələlərində dövlət naziri Tea Axvlediani, Diplomatik Korpus
nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Fotomateriallar Gürcüstan hökumətinin feysbuk səhifəsində
yayımlanmış paylaşımdan götürülüb