Marneuli Bələdiyyə Məclisi 27 mart tarixində yeni sosial proqram
təsdiq edib.
Bələdiyyə Məclisi iclasında meriyanın Səhiyyə, Sosial Təminat,
Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə
Xidmətinin rəhbəri Nino Dekanoidze sosial paketdə edilən
dəyişikliklər haqqında danışıb.
Dekanoidzenin sözlərinə görə, yeni sosial paket vasitəsilə iqtisadi
ehtiyacı olan ailələr maddi baxımdan təmin olunacaqlar.
“Biz səhiyyə və sosial təminat komissiyasını dəyişdik.
Bu komissiyanın köməyi ilə biz sakinlərlə bağlı araşdırılması vacib
olan bütün mühüm məsələləri araşdıra biləcəyik və indiki mərhələdə
bələdiyyə proqramına yenidən maliyyə yardımı qoyacağıq. Proqram
yenidən merin nümayəndələrinin köməyi ilə həyata keçiriləcək və
məsələlər daha çox araşdırılacaq, obyektivliyə
istiqamətlənəcək”, – Nino Dekanoidze bildirir.
Meriyanın Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq
Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin rəhbəri
“Marneuli” radiosu ilə söhbəti zamanı bildrir ki, meriyada
yaradılmış xüsusi komissiya vətəndaşların vəziyyətini araşdıracaq
və onlara meriyadan yardım lazım olub olmadığını müəyyən
edəcək.
Sosial paket almaq istəyənlər meriyaya, yaxud merin inzibati
vahidliklərdəki nümayəndəsinə müraciət etməlidir. Bundan sonra
onların vəziyyəti araşdırılacaq və müvafiq yardım göstəriləcək.
Nino Dekanoidzenin sözlərinə görə, sosial proqram çərçivəsində
meriyanın maksimum 2 000 lari vermək hüququ var.
Qeyd edək 2024-cü ilin büdcəsində yeni sosial proqram da yer alıb,
vəsaitlər isə artırılıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415