Prokuror Mzia Amağlobeli işi üzrə ekspertiza rəyinin çıxarılmasını tələb etdi
Prokuror Tornike Qoqeşvili, Mzia Amağlobelinin cinayət işindən ekspertiza rəyinin çıxarılmasını tələb edib.

Onun sözlərinə görə:

"Təqdim olunmuş sənədi ekspertiza rəyi adlandırmaq mümkün deyil. O, ekspertiza rəyi üçün zəruri olan tələblərə cavab vermir. Sənəddə ekspert kimi göstərilən şəxs məhkəmə-tibbi ekspert deyil. Bu dəlilin işə əlavə olunması mümkün deyil."

Müdafiə tərəfinin vəkili Maia Mtsariaşvili isə prokurorun vəsatəti ilə tanış olmaq üçün vaxt istəyib.

Onun sözlərinə görə, prokurorluq bu ekspertiza rəyinin iş materiallarından çıxarılmasını əvvəldən tələb edirdi və Batumi Şəhər Məhkəməsinin hakimi Viktor Metreveli bu vəsatəti təmin etmişdi.

Lakin sonradan Kutaisi Apellyasiya Məhkəməsinin hakimi Malxaz Okropilaşvilinin qərarı ilə bəzi sübutlar – o cümlədən həmin ekspertiza rəyi – yenidən işə əlavə olunub.

Bu ekspertiza rəyini hazırlayan tibb eksperti Qivi Çxartișvili 2024-cü il yanvarın 12-də həm İrakli Dğebuadze, həm də Mzia Amağlobeliyə ekspertiza aparmış və həmin rəyə əsasən Batumi Məhkəməsində 16 may tarixində ifadə vermişdi.

Qivi Çxartișvilinin sözlərinə görə, İrakli Dğebuadzenin bədənində heç bir obyektiv xəsarət izinə rast gəlinməyib, Mzia Amağlobelininsə sol çiyin nahiyəsində qançırlar müşahidə olunub və bu xəsarətin yaranma vaxtı, iş üzrə qeyd edilən tarixlə uyğun gəlir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google