Ukrayna Donetskin işğal altında olan hissəsini vurub
Ukrayna qüvvələri şərqi Donetsk vilayətinin işğal altında olan hissələrinə dron və raket zərbələri endirib. İki nəfər ölüb, 16 nəfər yaralanıb.

Bunu vilayətə Rusiyanın başçı təyin etdiyi Denis Puşilin deyib. Onun sözlərinə görə, Ukrayna Donetsk və Makyevka şəhərlərində hədəfləri vurub.

İki zərbəyə azı 20 dronun cəlb olunduğu bildirilir.

Ukrayna rəsmiləri hücumları şərh etməyib.

Donetskin 75

faizi Rusiya qüvvələrinin nəzarəti altındadır, qalan hissəsini də ələ keçirməyə çalışırlar

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 8-də axşam videomüraciətində deyib ki, Rusiya qüvvələri Ukraynanın enerji sektoruna hücumları gücləndirir.

"Əlbəttə, buna cavab verir və verəcəyik, amma əsas məsələ sistemin sabitliyidir", – o vurğulayıb.

ABŞ prezidenti Donald Tramp həftəsonu deyib ki, Rusiyaya sanksiyaların ikinci mərhələsinə keçməyə hazırdır.

Sentyabrın 8-də isə Aİ-nin sanksiyalar üzrə baş rəsmisi bir qrup ekspertlə Vaşinqtona gedib. Onlar Rusiyaya qarşı blokun və Vaşinqtonun ilk addımlarını müzakirə edəcəklər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print ელ. ფოსტა
თეგები: Ukrayna
FaceBook Twitter Google
მსგავსი სიახლეები