Tbilisidə üç nəfər qanunsuz silah saxlamaqda ittiham olunaraq saxlanılıb
Tbilisidə patrul polisi qanunsuz odlu silahlar və sursat aşkarlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin Tbilisi Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə üç şəxsi saxlayıblar. Onlar – 2004-cü il təvəllüdlü Ts.Q., 1985-ci il təvəllüdlü A.İ. və

əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü D.K.-dır.

Cinayətə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Patrul-inspektorlar tərəfindən Tbilisidə aparılan baxış zamanı saxlanılan şəxslərin avtomobillərindən və üzərlərində aparılan axtarış nəticəsində müxtəlif markalı odlu silahlar və patronlar maddi sübut kimi götürülüb.

Qanunsuz odlu silah və döyüş sursatı əldəetmə, saxlama və gəzdirmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə davam etdirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google