Bu ilin yanvar-iyun aylarında Gürcüstandan minik avtomobillərinin
ixracı 35,1% azalıb.
"Marneuli" radiosu NewsBureau-a istinadən xəbər verir ki, ilin I
yarısında ixrac olunan avtomobillərin dəyəri 184,057 milyon ABŞ
dolları təşkil edib.
Hesabat dövründə Gürcüstandan ən çox avtomobil idxal edən ölkələrin
ilk 10-luğu belədir:
- Azərbaycan – 10 257 ədəd (114,120 mln
dollar)
- Ukrayna – 275 ədəd (28,353 mln dollar)
- Birləşmiş Ərəb Əmirlikləri – 147 ədəd (8,900 mln
dollar)
- Rusiya – 1 143 ədəd (6,262 mln dollar)
- Belçika – 89 ədəd (4,700 mln dollar)
- Tacikistan – 460 ədəd (3,286 mln dollar)
- Qırğızıstan – 351 ədəd (3,180 mln dollar)
- Ermənistan – 528 ədəd (3,145 mln dollar)
- Türkiyə – 70 ədəd (2,533 mln dollar)
- Qazaxıstan – 177 ədəd (2,242 mln dollar)