Kutaisi Beynəlxalq Universiteti ilk tələbələri qəbul etməyə hazırdır – FOTO
Kutaisi Beynəlxalq Universiteti (KBU) ilk tələbələrini qəbul etməyə hazırdır.

Gürcüstanın baş naziri Qiorqi Qaxaria ötən gün ali məktəbə baş çəkib.

KBU-nun tikintisi 2016-cı ildən davam etdirilir. Universitet 153 hektar sahədə yerləşir və 60 min tələbə üçün nəzərdə tutulub. Ali məktəbin inşasının birinci mərhələsi başa çatıb.

Layihəni “Gürcü Arzusu” partiyasının rəhbəri, milyarder Bidzina İvanişvili maliyyələşdirir. Onun ailəsi tikinti üçün 1 milyard avro ianə edib.

Universitet ilk tələbələrini bu ilin payızından riyaziyyat, menecmentlik və informatika üzrə bakalavr proqramlarına qəbul edəcək. Proqramlar Münhen Universiteti ilə birgə hazırlanıb. Mühazirələri gürcü və xarici professorlar oxuyacaq.

Ali məktəbə tələbə qəbulu vahid milli imtahanlar əsasında həyata keçiriləcək. Artıq 1 000-dən çox tələbə 2020-2021-ci dərs ilində KBU-ya qəbul olunmaq üçün qeydiyyatdan keçib.

Tələbələrin təhsili, yaşaması və stipendiyaların maliyyələşdirilməsi üçün Qrant fondu var.






Mənbə: NewsBureau
Print ელ. ფოსტა
FaceBook Twitter Google