Marneulinin 4 saylı uşaq bağçasında bərpa işləri həyata keçiriləcək
2023-cü ildə Marneuli şəhər 4 saylı uşaq bağçasında bərpa işləri aparılıb. Kvemo Kartli bölgəsi tərəfindən yayımlanmış məlumata görə, Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə ölkə miqyasında 885 uşaq bağçasının tikinti-bərpası həyata keçiriləcək.

Qeyd olunan proqram çərçivəsində Kvemo Kartli regionunda cari ildə 15 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinə, 8 uşaq bağçasının bərpasına başlanılacaq.
2023-cü ildə tikiləcək:
  • Rustavi şəhər 11 və 25 saylı uşaq bağçaları;
  • Bolnisinin Kazreti qəsəbəsi və Mamxuti uşaq bağçaları;
  • Tetritskaroda Vaşlovani və Orbeti uşaq bağçaları;
  • Tsalkada Tialeti və Kaburi uşaq bağçaları;
  • Qardabanidə Martkopi və Sartiçala uşaq bağçaları;
  • Dmanisidə Hamamlı və Yırğançay uşaq bağçaları;
  • Marneulidə Marneuli şəhər, Tsereteli və Şulaveri uşaq bağçaları.
2023-cü ildə bərpa olunacaq bağçalar:
  • Rustavi 31 saylı bağçası;
  • Bolnisi bələdiyyəsində Tantsia və Kvemo Bolnisi bağçası;
  • Qardabani bələdiyyəsində Lemşveniera 1 saylı və Lemşveniera-Mzianeti bağçası;
  • Dmanisi 1 saylı uşaq bağçası;
  • Tetritskaro 1 saylı uşaq bağçası;
  • Marneuli 4 saylı uşaq bağçası.
Tikinti-bərpa işlərini Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək.

Qeyd edək ki, Marneulidə 3 bağçanın tikintisinə dövlət büdcəsindən 10 milyondan artıq vəsait ayrılıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google