Parlamentin hüquq komitəsi rus qanununu birinci oxunuşda qəbul
edib.
Eyni zamanda qanunverici orqanda etiraz aksiyası keçirilir.
İvanişvili hökuməti ötən il vətəndaşların etirazları ilə
dayandırılan rus qanununu ikinci dəfə qəbul etmək istəyir. “Gürcü
arzusu” qanun layihəsinin ilkin redaksiyasından yalnız “agent”
sözünü çıxarıb və onu xarici dövlətin maraqlarının daşıyıcısı ilə
əvəz edib.
Aprelin 5-də ABŞ Dövlət Departamentinin sözçüsü
Metyu Miller Rusiya
qanununa cavab verərək bildirib ki, bu, Gürcüstanın Avro-Atlantik
inteqrasiyaya sadiqliyinə xələl gətirir. Həmin gün 12 Avropa
parlamentinin xarici komitələri “Gürcü arzusu”nu rus qanunlarından
imtina etməyə çağırıb.
Bir qrup avropalı parlamentarilər də bəyanat yayıblar və orada
yazılıb ki, Gürcüstana Aİ-yə namizəd statusu Avropa Komissiyasının
müəyyən etdiyi addımları atacaqları qeyd-şərtlə verilib, rus
qanunları isə onlara qarşıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.