Marneuli şəhərinin Yağlıca qəsəbəsində yerləşən uşaq bağçasının
bərpasından qalan işlərin satın alınması üçün növbəti dəfə tender
elan edilib.
Yerli özünüidarənin may ayında elan etdiyi ilk tenderdə heç kim
iştirak etmədiyi üçün o, baş tutmamış elan olunub.
Marneuli meriyası, təmir üçün 277 298 lari ödədiyi uşaq bağçasının
yenidən bərpasını tamamlamaq məqsədilə əlavə olaraq 172 738
lari
xərcləməyi planlaşdırır.
Marneuli bələdiyyəsinin Yağlıca qəsəbəsindəki bu uşaq bağçası
2022-ci ildə tikilib.
Məktəbəqədər təhsil müəssisəsinin tikintisi Gürcüstanın İşğal
Olunmuş Ərazilərindən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial
Müdafiə Nazirliyi tərəfindən “Məcburi köçkünlər və ev sahibi
icmalar üçün iqtisadi iştirakçılıq, mənzil təminatı və sosial
infrastruktur” layihəsi çərçivəsində həyata keçirilib. Layihə
Almaniya İnkişaf Bankının (KFW) maliyyə dəstəyi ilə Danimarka
Qaçqınlar Şurası tərəfindən icra olunub.
Uşaq bağçasının tikilməsinə baxmayaraq, Yağlıca qəsəbəsində bu günə
qədər məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlamayıb və bina
hələ də bağlı qalmaqdadır.
Marneuli yerli özünüidarəsi Danimarka və Almaniyanın dəstəyi ilə
tikilmiş, lakin illərdir fəaliyyətsiz qalan uşaq bağçasının
bərpasına 2024-cü ildə başlayıb. 2024-cü ilin sentyabrında yerli
özünüidarə bağçanın həyətinin abadlaşdırılması üçün 124 799 lari
ödəyib. 2025-ci ilin aprelində isə meriya uşaq bağçasının bərpa
işləri üçün "Besthouse 2024" MMC ilə 152 499 lari dəyərində
müqavilə imzalayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.