Səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə,
Gürcüstanda mobil telefonlar üçün virusa yoluxmuş şəxsə
yaxınlaşan halda vətəndaşa xəbərdarlıq edəcək proqram üzərində
çalışırlar.
Qabunia bu barədə Qurumlararası Koordinasiya Şurasının bugünkü
iclası başa çatdıqdan sonra bildirib. Dövlət bu kimi proqramların
üzərində başqa ölkələr kimimi çalışır sualına Qabunia cavab
verib:
“Əlbəttə, bizdə də bu modelin əsasının qoyulması
planlaşdırılır. Bizim bu istiqamətdə Avstriya ilə koordinasiyamız
var. Onlar öz modellərini bizimlə paylaşıblar, indi bizdə də bu
modelin tətbiq olunması üçün bu modlein adaptasiyası, texniki
təminatının necə olacağı üzərində çalışmalar
aparılır”, – Qabunia bildirib.
Mənbə: publika.ge