Yeni Düşüncə İnstitutu tərəfindən Xuldərə və Mollaoğlu kəndlərinin yaşlı sakinlərinə tibbi maskalar paylanıb - FOTO
2 kəndin 50-ə yaxın yaşlı sakininə birdəfəlik və təkrar istifadə edilən tibbi maskalar, əlcəklər və nəm dəsmallar paylanılıb.

Yeni Düşüncə İnstitutunun təsisçilərindən Kamran Əfəndiyevin sözlərinə görə, əsas risk qrupuna yaşlılar daxildir və onlarda koronavirusa yoluxma təhlükəsi çoxdur.

"Daha çox ehtiyacı olan ailələri seçdik və belə fikirləşdik ki, bu yaşlı insanların özlərini qoruması üçün ilk öncə onlara maska və əlcək lazımdır. Biz də ehtiyatlı olaraq, gigiyenik qaydalara əməl edərək həmin insanlara bu ləvazimatları payladıq. İstəyirik ki, Yeni Düşüncə ailəsi olaraq öz kəndimiz və ətraf kəndlərdəki yaşlılara, ailələrə bir şəkildə dəstək olaq, onların sağlamlığını qorumaq üçün onlara dəstək olaq", – Kamran Əfəndiyev deyir.

Sadaxlı kənd sakini deyir ki, apteklərdə maska və əlcək tapmaq mümkün deyil. Buna görə də sakinlər yeni Düşüncə İnstitutunun təsisçilərinə təşəkkür ediblər.
Qeyd edək ki, Gürcüstanda 70 yaşdan yuxarı şəxslərin ən yaxında yerləşən ərzaq mağazası, aptek və tibbi müəssisələr istisna olmaqla evdən çıxması qadağan edilib.






Müəllif: Səxavət İlyasov
"Marneuli" Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google