Marneuli Bələdiyyə Məclisinin deputatı Azad Kərimov “Marneuli”
radiosuna sosial şəbəkələrdə etnik azlıqları təhqir edən şəxslərin
Marneulili gənclər tərəfindən Gürcüstanın Baş Prokurorluğuna
şikayət edildiyini demişdi.
Azad Kərimov bildirdi ki, ötən gün saat 6 radələrində onu polis
məntəqəsinə çağırıblar. Onun sözlərinə görə, məsələ ilə bağlı
istintaq başlayıb və prokurorluğa şikayət etdiyi üçün dindiriblər.
Kərimov deyir ki, istintaq zamanı bildirib ki, etnik azlıqların
vətəni Gürcüstandır və onların ikinci bir vətəni yoxdur.
“Mən inanıram ki, polislər də bu işə görə
narahatdır.”, – Azad Kərimov dedi.
Kərimov deyir ki, indi açıq-aydın görünür ki, polis məsələyə ciddi
yanaşır və nəzarət edir. O, etnik azlıqların həmin şəxs tərəfindən
təhqir edildiyi sübut olunarsa, həmin insana qarşı tez bir zamanda
polis tərəfindən lazımi tədbirlər görüləcəyinə inandığını dedi.
https://www.facebook.com/azad.kerimov.9843/posts/1608516025991216