3 aprel tarixindən “Liberty Bank”-ın maşınları Marneulidə hərəkətə başlayacaq

3 aprel tarixindən “Liberty Bank”-ın maşınları Marneuli bələdiyyəsinin kəndlərinə getməyə başlayacaq.



“Liberty Bank”-ın regional direktoru Tenqiz Svanidzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, 2 ədəd maşın bu gün Marneuliyə gələcək, 3 aprel tarixində Marneuliyə daha bir maşın gələcək, bir maşın isə Bolnisiyə gedəcək.

“Maşınlar kəndlərə görə bölüşdürüləcək. Qrafik əvvəlcədən müəyyən olunacaq və kənd icra nümayəndələrinə maşınların kəndə nə vaxt gedəcəyi barədə əvvəlcədən məlumat veriləcək”, – Tenqiz Svanidze dedi.

“Liberty Bank”-ın regional direktoru bir maşında neçə nəfərin oturacağı barədə dəqiq məlumat vermədi. Bildirdi ki, bu məlumat məxfidir.

Qeyd edək ki, 31 mart tarixindən hökumətin qərarı ilə bir maşında üç nəfərdən artıq insanın əyləşməsi qadağan olunub. “Liberty Bank” 1 aprel tarixində bu barədə hökumətlə danışıqların aparıldığını bildirmişdi. Qeyd olunan qərarın bankın maşınları üçün qüvvədə qalıb-qalmayacağı isə məlum deyil.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google