Bolqarıstandan Gürcüstana 102 vətəndaş gətirilib – Nazirlik
İqtisadiyyat Nazirliyinin məlumatına görə, 1 aprel tarixində Bolqarıstandan Gürcüstana 102 vətəndaş gətirilib. Onlar 14 günlük məcburi karantində qalacaqlar.

“Reyslə eləcə də Gürcüstanın yükdaşıma şirkətlərinin sürücüləri də gətirilib. Bolqarıstan tərəfi onlara ölkədə olan karantin məhdudiyyətlərinə görə öz avtomobilləri ilə səfər etməyə icazə verməyib”, – Nazirlik yazır.

Nazirliyin məlumatına görə, reyslə Bolqarıstan Türkiyə sərhədində avtomobillə hərəkət edə bilməyən və vətənə qayıda bilməyən vətəndaşlar gətirilib.

Bolqarıstandan reysi “Myway Airlines” həyata keçirib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google