Milli Bankın 7 əməkdaşında Covid-19 təsdiqlənib

Bu haqda Milli Bank məlumat yayıb:



“Bir həftə əvvəl Milli Bankın əməkdaşlarından birində koronavirus əlamətləri aşkarlanıb. Əlamətlər aşkarlanan kimi müvafiq xidmətlərə məlumat verilib. Milli Bank konkret əməkdaşın və onunla təmasda olan əməkdaşların təcrid rejiminə keçməsini təmin edib. İş yerində isə dezinfeksiya işləri aparılıb.

Aparılan araşdırma nəticəsində virus təcrid rejimində olan 7 əməkdaşda aşkarlanıb. Hazırda onlar müvafiq olaraq stasionar nəzarət altındadırlar. Müalicə proseduraları keçirlər və vəziyyətləri qənaətbəxşdir.

Hazırda bütün mümkün təmasların müəyyənləşdirilməsi məqsədi ilə geniş epidemioloji araşdırma aparılır. Virus təsdiqlənən şəxslər eyni şöbənin əməkdaşlarıdır və onlar tam distant şəkildə olublar. Son iki həftə ərzində bankın digər əməkdaşları ilə təmasları olmayıb.

Baxmayaraq ki, Milli Bankın əməkdaşlarının 90% distant rejimdə çalışır, Milli Bankın bütün binalarında yenə də davamlı dezinfeksiya və təmizləmə işləri aparılır. Ölkə üçün belə çətin dövrdə maliyyə sektorunun çalışması üçün başqa peşə sahibləri kimi Milli Bankın əməkdaşları da öz öhdəliklərini ekstremal şərtlər altında həyata keçirməli olurlar.

Milli Bank ölkədə kritik xidmətlərin maneəsiz çatdırılmasına davam edir. Əvvəldən də bildirdiyimiz kimi 16 mart tarixindən Milli Bank lari əsginasları və metal pullarla bağlı karantin tədbirləri həyata keçirir.
Konkret olaraq dövriyyədən qayıdan pul kassa mərkəzinə yerləşdirilir, xüsusi olaraq ayrılmış yerdə minimum 14 gün ərzində ayrı saxlanır və bu dövr keçdikdən sonra onlardan istifadə olunur. Sizə sağlamlıq və sakitlik arzulayırıq. Birgə hərəkət etməklə, peşəkarların tövsiyələrini nəzərə almaqla biz tezliklə virusu məğlub edəcəyik və adi rejimdə işimizə davam edəcəyik. #Evdəqal” –
Bankın bəyanatında deyilir.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google