Gürcüstanda yeni növ koronavirusdan dünyasını dəyişmiş pasiyentin
dəfn edilməsi xüsusi qaydaya əsasən həyata keçirilməlidir.
Sözü gedən qayda Səhiyyə naziri, Ekaterine Tikaradzenin 25 mart
tarixli əmri və 16 saylı əlavəsi ilə təyin olunub.
Sözü gedən qaydaya əsasən, ailə üzvlərinə və mərasim / dəfn
xidmətinə infeksiyanın yayılma təhlükəsi və lazımi tədbirlər barədə
məlumat verilməlidir:
Cəsəd çantasında olan cənazə tabutda basdırılır, dünyasını dəyişmiş
şəxsin basdırılması və prosesin istənilən mərhələsində onu açmaq
qadağandır ;
Mərhumun dəfnini vaxtında (72 saatı keçmədən) təşkil etmək və
izdihamlı cənazə mərasimlərindən çəkinmək lazımdır;
Covid19-un təsdiqlənmiş və ya ehtimal olunan halında, cəsədin
balzamlanması və ya digər əlavə kontakt, patoloji –anatomik yarma
da daxil olmaqla istisna edilməlidir; Bu sonuncunun zərurət
daşıyacağı halda, təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl
edilməlidir.
Yeni növ koronavirusun səbəb olduğu infeksiyaya, COVID-19 –a
yoluxmuş pasiyentin dünyasını dəyişən zamanı infeksiyaya nəzarət
edilməsinin ətraflı tədbirləri aşağıdakılardır:
Koronavirus epidemiyası şərtlərində tibb müəssisəsində pasiyentin
dünyasını dəyişməsi halının idarə edilməsi zamanı infeksiyaya
nəzarət məqsədilə aşağıda sadalanan tədbirlərə əməl
edilməlidir:
1.Covid-19-a yoluxmuş və ya şübhəli pasiyentin dünyasını
dəyişməsi halında, cənazə mələfə ilə sarılmalı və su keçirməyən
cəsəd çantasına yerləşdirilməlidir, biləyində şəxsi məlumatları əks
etdirən biləklik olmalıdır, daha sonra bədən mayelərinin sızması
ehtimalını istisna etmək üçün çanta əvvəldən sona qədər zəncirbənd
vasitəsi ilə sıx bağlanılmalıdır; Cənazənin kimliyinə dair məlumat
( biləyinə bərkidilmişin eynisi) cəsəd çantasının üzərinə (xüsusi
bərkidicilər və ya cib vasitəsi ilə) bərkidilməlidir. Cənazəni
çantaya qoymazdan əvvəl aşağıda sadalanan qaydalara əməl
olunmalıdır:
- Kateter, boru və drenajlar cəsəddən diqqətlə
çıxarılmalıdır; Onların çıxarılma yeri 1%-lik hipoklorit ilə
dezinfeksiya olunmalıdır;
- Cəsəddən çıxarılan kəskin əşyalar (məs.damar
kateterləri) kəskin əşyaların konteynerinə
yerləşdirilməlidir;
- Bioloji mayelərin sızmaması üçün ağız və burun
keçidləri bağlanmalıdır;
- Cəsədin hazırlanması zamanı yaranan bütün
tullantılar yoluxucu tullantılar konteynerinə
yerləşdirilməlidir.
2. Daha sonra cəsəd çantası
tibb müəssisəsində cəsədin müvəqqəti saxlanma yerinə aparılır,
çantanın xaricinə infeksiya təhlükəsinə dair beynəlxalq simvol
vurulur.
3. Cəsəd
çantasının xarici səthi cəsədin müvəqqəti saxlama otağında
dezinfeksiya olunmalıdır.
4.Müvəqqəti saxlama
otağına cəsədin qoyulmasından 1 saatdan artıq vaxt keçməmiş müvafiq
mərasim/dəfn xidmətinə və ailə üzvlərinə ölüm faktının
gərçəkləşdiyi və dəfnin vaxtındaca həyata keçirilməsinin zəruriliyi
barədə məlumat verilməlidir.
- Ailə üzvlərinə və mərasim / dəfn xidmətinə
infeksiyanın yayılma təhlükəsi və lazımi tədbirlər barədə məlumat
verilməlidir:
- Cəsəd çantasında olan cənazə tabutda basdırılır,
dünyasını dəyişmiş şəxsin basdırılması və prosesin istənilən
mərhələsində onu açmaq qadağandır ;
- Mərhumun dəfnini vaxtında (72 saatı keçmədən)
təşkil etmək və izdihamlı cənazə mərasimlərindən çəkinmək
lazımdır;
Covid19-un təsdiqlənmiş və ya ehtimal olunan halında, cəsədin
balzamlanması və ya digər əlavə kontakt, patoloji –anatomik yarma
da daxil olmaqla istisna edilməlidir; Bu sonuncunun zərurət
daşıyacağı halda , təhlükəsizlik tələblərinə ciddi şəkildə əməl
edilməlidir.