Gürcüstan koronavirusdan dünyasını dəyişənlər üçün xüsusi dəfn qaydaları tətbiq edib
Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Milli Mərkəzi Covid-19
diaqnozu ilə dünyasını dəyişən adamların dəfni ilə bağlı tövsiyələr
hazırlayıb.
Sənədi Azadlıq Radiosuna Səhiyyə Nazirliyindən göndəriblər.
Tövsiyələr koronavirus diaqnozundan dünyasını dəyişmiş adamların
cəsədindən virusun yayılması risklərini azaltmaq üçün tərtib
edilib.
Səhiyyə naziri Ekaterine Tikaradzenin 25 tarixinə olan sərəncamına
və 16 saylı əlavəsinə əsasən:
•Koronavirus diaqnozu ilə dünyasını dəyişmiş adam meyit üçün
çantaya yerləşdirilir və üzərinə infeksiya təhlükəsini göstərən
beynəlxalq simvol vurulur.
•Meyit çantası dezinfeksiya olunur.
•Meyit xəstəxanadan tabutla çıxarılır və cəsəd onun içinə meyit
çantası ilə birgə yerləşdirilir. Çantanı meyitin aparılması və ya
dəfni zamanı hər hansı mərhələdə açmaq qadağandır.
•Meyiti vaxtında (72 saat ərzində) dəfn etmək və əhalinin
toplanmasından çəkinmək lazımdır.
Meyitə toxunan zaman koronovirus başqasına keçir, ya yox, bu suala
indiki mərhələdə təsdiqlənmiş cavab yoxdur. Səhiyyə
mütəxəssislərinin açıqlamasına görə, belə risk azdır, ancaq
müxtəlif ölkələr ehtiyat tədbirləri görüb.
Gürcüstanda koronovirusdan dünyasını dəyişən xəstənin dəfn
protokolu varmı? Azadlıq Radiosu İspaniyada dünyasını dəyişmiş üç
nəfər Gürcüstan vətəndaşının cəsədinin təhvil verilməsindən
imtinadan sonra bu məsələ ilə maraqlanıb. İspaniya xəstəxanaları və
Gürcüstanın İspaniyadakı səfirliyindən buna səbəb olaraq virusun
yayılma təhlükəsini qeyd ediblər.
“Tabuta toxunmyacağımızı və elə dəfn edəcəyimizi vəd etdik, amma
yenə də imtina etdilər”.
İspaniyada koronovirusdan dünyasını dəyişmiş 34 yaşlı Tsira
Alixanişvili, 27 mart tarixində Madrid qəbiristanlığı Akldamada
dəfn olunub. Tsiranın ailəsi meyitin dəfn üçün Gürcüstana
gətirilməsi ilə bağlı Gürcüstanın İspaniyadakı səfirliyindən yardım
istəyib. Ancaq səfirlikdən bildiriblər ki, İspaniya dövlətinin
qərarına əsasən koronovirusdan dünyasını dəyişmiş adamları ya
yandırılır, ya da İspaniyada dəfn edirlər. Ailə üzvləri isə yalnız
5-6 ildən sonra onu vətənə apara bilərlər.
Tsira Alixanaşvilinin baldızı Xatuna Naçkebianın dediyinə görə,
ailə üzvləri dünyasının dəyişmiş şəxslə vidalaşa bilməyəcək:
“Biz Tsiranın cəsədini görə bilmədik. Onun əşyaları da bağlıdır.
Xəstəxanadan bildirdiklərinə görə, yoluxma riski var və ona görə
onu birbaşa Akldamada dəfn edəcəklər. Qardaşıma xüsusi nömrə
verəcəklər və harada dəfn olunduğunu biləcək. Gürcüstan səfirliyi
bizə kömək etməyə çalışırdı, amma İspaniya dövlətinin qərarına
qarşı çıxa bilmədilər. İstisna hal tələb etdim ki, tabutu
bağlasınlar, toxunmayacağıq, bizə versinlər ki, öz torpağında dəfn
edək və anası, övladları ağlasın, amma səfirlikdən də izah etdilər
ki, koronavirusdan dünyasını dəyişdiyinə görə təhvil verə bilmirlər
və ola bilsin meyitdən də yoluxma baş versin. Qardaşım artıq
Tsiranın Akldamada dəfn olunması ilə bağlı sənədə imza atıb. Onu
mütləq Gürcüstana gətirəcəyik. Övladları üçün analarının qəbri,
ananın isə övladının qəbri olacaq”.
34 yaşlı Tsira Alixanaşvili və onun həyat yoldaşı İspaniyaya 2 mart
tarixindən sonra gediblər. Qadına Gürcüstanda bədxassəli xərçəng
diaqnozu qoyulub. Tsira Madrid xəstəxanalarından birində kimyəvi
terapiya keçirmiş. Koronavirusa da məhz xəstəxanada yoluxub.
Artıq İspaniyada Gürcüstanın daha bir vətəndaşını dəfn ediblər. 74
yaşlı Dodo Asambadze də koronovirusdan dünyasını dəyişib. O, 20 il
Arned şəhərində yaşayıb. Onun yaxının bildirdiyinə görə, qadın ölən
gün Arnedonun Akldama qəbirstanlığında, dəfn mərasimi keçirilmədən,
birbaşa xəstəxanadan aparılaraq dəfn olunub:
“Yaxşı tanıyırdıq, çox yaxşı adam idi. Təəssüf ki, son zamanlar çox
sayda xroniki xəstəliklər, ürək, böyrəklər onu narahat edirdi.
Ölməzdən bir həftə əvvəl xəstəxanadan çıxmışdı və Gürcüstana
qayıtmağı çox istəyirdi. Təəssüf ki, yollar artıq bağlanmışdı.
Arnedolular matəm tutur və ümid edirik ki, yollar açılacaq və onun
cəsədini vətənə aparacaqlar və qızının yanında, Batumidə dəfn
edəcəklər.”
Mediada yayılan məlumata görə, Barselonada dünyasını dəyişmiş daha
bir Gürcüstan vətəndaşının, 73 yaşlı kişinin ailə üzvləri də
yandırılma qərarını qəbul edib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin açıqlamasına görə, “dünya
miqyasında koronovirusun yayılması fonunda adi dəfn prosedurası
qüvvədə deyil. Dünya Səhiyyə Təşkilatının koronavirusdan dünyasını
dəyişənlərin dəfni ilə bağlı ciddi protokolu var və üzv olan
ölkələrə, həmçinin, İspaniyaya da ona riayət etmək öhdəliyi
qoyulub.”.
Dünya koronavirusdan ölənləri necə dəfn edir?
Baxmayaraq ki, İspaniyanın Səhiyyə Nazirliyi və Patoloji Anatomiya
Cəmiyyətinin indiki mərhələdə meyitdən koronavirusa yoluxma ilə
bağlı ciddi sübutları yoxdur, covid-19-dan ölən adamların
yaxınlarına ailə üzvü ilə vidalaşmaq imkanı verilmir.
İspaniyada ayinlərin həyata keçirilməsi sahəsində fəaliyyət
göstərən şirkətlərdən birinin rəhbəri Xuan Dominqo İspaniya qəzeti
“El Paise”-ə bildirib ki, “bu məhdudiyyətlər ölən şəxsin ailə
üzvləri və ayinləri həyata keçirən əməkdaşların təhlükəsizliyi üçün
vacibdir”.
İsrail də koronavirusdan dünyasını dəyişən adamların xüsusi dəfn
olunma qaydasını qəbul edib. İsrailin Səhiyyə nazirinin bəyanatına
görə, meyit plastik təbəqə ilə örtülməli və sonra dəfn
olunmalıdır.
İrlandiyanın Səhiyyə Nazirliyi isə ayinləri yerinə yetirən
əməkdaşları ölən şəxslə təmas halında ölüyə maska taxmağı məsləhət
görüb ki, öldükdən bir müddət ərzində şəxsin ağciyərlərində kiçik
damcılar çıxır və yoluxma riski yaradır.
Dünyanın müxtəlif ölkələrində, həmçinin, İtaliya və İranda da
yaxınları ilə vidalaşmağa icazə verilmir. Orada dəfn mərasimləri
qadağan edilib. Ölən şəxsin ailə üzvləri ya ümumiyyətlə mərasimdə
iştirak etmirlər ya da uzaqdan müşahidə edirlər.