Varketilidəki yaşayış binalarından birinin yaxınlığında polis
səfərbər olunub.
Yerli sakinlərin "Praym Tayms"-a bildirdiyinə görə, buna səbəb bir
nəfər sərxoş insanın çöldə atəş açması və daha sonra evə daxil
olaraq qapını bağlaması olub.
Şahidlərdən birinin sözlərinə görə, kişi başqa vaxtlarda da sərxoş
vəziyyətdə odlu silahdan istifadə edirmiş.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kişi sərxoş
vəziyyətdə evə daxil olub və qapını bağlayıb, polis isə əraziyə
giriş çıxışı məhdudlaşdırıb. Daxili İşlər Nazirliyindən hələ ki,
silahla bağlı məlumat verilməyib.
Patrul Polis İdarəsinin rəhbəri Vaja Siradzenin sözlərinə görə,
silahlı şəxs sərxoş vəziyyətdə əlində odlu silahla yaşayış evində
gizlənib. Siradzenin sözlərinə görə, kişi odlu silahdan bir neçə
dəfə hədəfsiz atəş açıb:
"Hüquq-mühafizə orqanlarının nümayəndələri ərazidə tam səfərbər
olunub, əhalinin təhlükəsizliyi qorunur. Bu mərhələdə silahlı
şəxslə həm şəxsən, həm də telefonla danışıqlar aparılır. Heç kim
xəsarət almayıb, heç kim vurulmayıb. Ailə üzvləri, uşaqları və
arvadı təhlükəsiz şəraitdədirlər.