Azərbaycan Prezidenti İlham Əliyev ASAN xidmətin regional mərkəzinin açılışında Ermənistan hökumətini "Soros" adlandırdı. Məlumatı Azərbaycan mətbuatı yayır.

“Aydındır ki, Ermənistandakı "inqilab" Sorosun və ona yaxın olanların növbəti təxribatıdır.


Bəli, erməni xalqı əvvəlki hökumətə nifrət etdi və bunu gizlətmədi. Əvvəlki hökumətə də nifrət edildi, baxmayaraq ki, sonrakı hökumət də onlardan fərqlənmir. Təsadüfi deyil ki, Soros Fondu pandemiya ilə mübarizə üçün Ermənistana 600 min dollar ayırıb. Postsovet məkanında başqalarına kim kömək etdi? Azərbaycana kömək etdi? Yox.

Soros Fondunun Azərbaycanda heç bir izi qalmadı, çünki burada təxribatla məşğul olurdular və dövlətə qarşı mübarizə aparan gənclərin beyinlərini yuyurdular. Buna görə onları "bitirdik". Ancaq qanadlarını Ermənistanda geniş yayıblar və bunu gizlətmirlər. "Bilirik ki, indiki Ermənistan hökuməti Soros Fondundan pul alır, onlara casusluq edir və onların əmrlərini yerinə yetirir."

Bu Əliyevin Soros Fonduna qarşı ilk bəyanatı deyil.

“The Guardian”da 2017-ci ildə dərc olunan Azərbaycanın hakim elitasının lobbi sxemlərinə xərclədiyi pullar haqqında jurnalist araşdırmasını İlham Əliyev “Sorosun ortaqları” tərəfindən sifariş olunmuş məqalə adlandırmışdı.

İyulun 30-da Əliyevin çıxışı ilə paralel olaraq Rusiya mətbuatında Soros Fondu ilə Paşinyan hökuməti arasındakı əlaqələrə dair yazılar dərc olundu.
Bu gün "Gürcü Marşı" Gürcüstanda Soros Fondunun "işini başa çatdırmasını" tələb edir. "Gürcü Marşı" dünən, 30 iyulda da bu mövzuda mətbuat konfransı təşkil etmişdi.

Sorosun təsis etdiyi fond təkcə 2014-cü ilədək Gürcüstanda müxtəlif proqramlar həyata keçirmək üçün 80 milyon dollardan çox pul xərcləyib. Fond tərəfindən maliyyələşdirilən layihələr arasında kilsələrin və freskaların bərpası – Kintsvisi mələyinin məşhur freskası, David Qarecinin rəsmi və s. var.
Hazırda Fondun bir neçə proqramı var – İnsan hüquqları, İctimai Səhiyyə, Mətbuat, Avropaya inteqrasiya və s.

Açıq Cəmiyyət Gürcüstan Fondu, 1994-cü ildə Nyu Yorkdakı Açıq Cəmiyyət İnstitutu tərəfindən qurulmuş Açıq Cəmiyyət Fondları Şəbəkəsinə üzv təşkilatdır. Açıq Cəmiyyət Fondları Şəbəkəsi Corc Soros tərəfindən təsis edilən, dünyada, xüsusən də Mərkəzi və Şərqi Avropanın keçmiş kommunist ölkələrində açıq cəmiyyət qurmaq və inkişaf etdirmək məqsədi daşıyan fondlar, proqramlar və təsisatlar şəbəkəsidir.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google