Uşaq bağçalarında tədris prosesinin bərpası üçün protokolun
hazırlanması prosesi aparılır. Mümkündür ki, qrupda 5 kv.m sahəyə 1
uşaq buraxsınlar.
Bu barədə protokolun iş versiyasında qeyd olunub və ona əsasən
məktəbəqədər təhsil müəssisələri prosesə başlaya biləcək. Əmək
Şərtlərinin Müfəttişlik Departamentinin nümayəndəsi Ketevan
Dartsmelia İPN-lə söhbəti zamanı bildirdi ki, indiki mərhələdə uşaq
bağçalarının nümayəndələri ilə protokola yazılacaq tənzimləmələrlə
bağlı məsləhətləşmələr aparılır. Marneuli 3 saylı uşaq bağçasının
direktoru Ketevan Minadze də gözləmə rejimindədir və bağçada
uşaqlara necə nəzarət edəcəklərini müəyyənləşdirməkdə hələ çətinlik
çəkir.
“Burada bir uşağa 2-2,5 kv.metr müəyyən edilib, əvvəl
belə tələb də var idi. Bugünkü vəziyyətə görə mümkündür ki, gündə
iki dəfə dezinfeksiya işləri aparılsın. Döşəməni, mebeli,
oyuncaqları təmizləyərik. Yəni səhər uşaq gələndə qrupdakı hər şey
təmiz olacaq. Məni narahat edən yalnız odur ki, uşaqların əlini
yuyuruq, bunun üçün isti suyumuz da var, ancaq uşaqlar oyuncaqları
ağızlarına aparırlar və bilmirəm buna necə nəzarət edəcəyik. Bəlkə
yalnız taxtadan olan oyuncaqları saxlayaq və yumşaqları götürək.
Hələ dəqiq bilmirəm, hazırlıq prosesindədir, yəqin ki, avqustun
sonunda necə hərəkət edəcəyimizi biləcəyik. Yəqin uşaqların sayı da
azalacaq. Biz hər şeyə hazırıq.”
Əmək şəraiti müfəttişliyi departamentinin nümayəndəsinin sözlərinə
görə, təhsil prosesinin bərpasında termoskrininq mütləq vacib
olacaq. İş versiyasına əsasən qruplar elə yığılmalıdır ki, uşaqları
aparan zaman dəstələr bir-biri ilə qarşılaşmasınlar. Bayırda
gəzinti zamanı isə uşaqlar elə bölünməlidir ki, bir qrup gəzintini
bitirəndə digəri çıxsın. Dezinfeksiya etmək vacib olacaq. Dayələr
dezinfeksiya məhlulu ilə təmizlənəcək oyuncaqlardan istifadə
etməlidirlər.