Kvemo Kartli qubernatoru Qaracalardakı son vəziyyətlə bağlı açıqlama verib
“Qaracalar kəndində koronavirusun kütləvi yayılması təhlükəsi yoxdur. Buna görə də kəndə giriş-çıxışın bərpa olunmasına qərar verilib”.

Bu barədə Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili jurlanistlərə açıqlamasında bildirib.

O deyib ki, kənddəki epidemioloji vəziyyət qiymətləndirilib: “Yoluxma halları çox nadir hallarda təsdiqlənir. Gecə saat 00:00-dan etibarən blokpostlar yığışdırılıb və kənd normal həyata qayıdıb”.

Qeubernator qeyd edib ki, Qaracalarda 3 600-dan çox şəxs tetsdən keçirilib və 44 nəfərə koronavirus diaqnozu qoyulub.

Mənbə: NewsBureau
Print ელ. ფოსტა
FaceBook Twitter Google