13 avqust səhər saatlarına olan məlumatlara görə, Gürcüstanda son
24 saat ərzində koronavirusa 5 yeni yoluxma halı aşkarlanıb, daha
10 xəstə isə sağalıb.
Hökumətin rəsmi stopcov.ge veb-saytının verdiyi məlumata görə,
Gürcüstanda Covid-19-a ümumilikdə 1283 yoluxma halı təsdiqlənib ki,
onlardan da 1068 nəfər sağalıb, 17 nəfər isə vəfat edib.
Digər məlumatlara gəlincə, hazırda 7718 nəfər karantin rejimində,
334 nəfər isə stasionarda nəzarət altındadır.
Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşlarının sayı isə
41 nəfərdir.