Sentyabrdan etibarən Gürcüstanda qida məhsullarının qiymətində
dəyişikliklər olacaq.
Bu barədə “Rezonansi” qəzeti yazıb.
Əsasən şəkər, süd məhsulları, bitki və digər yağların bahalaşacağı
gözlənilir.
Qiymət artımına səbəb avronun dollara münasibətdə bahalaşmasıdır
ki, bu da son zamanlar ticarətdə ciddi problemlər yaradır.
Gürcüstanın Distribütorlar Biznes Assosiasiyasının prezidenti İva
Çkonia bildirib ki, qlobal bazarlarda ticarət əsasən avro ilə
həyata keçirilir:
“Biz avronun dollara qarşı nə qədər
qeyri-sabit olduğunu görürük və buna görə də qiymətlər daima
dəyişir”.
Onun sözlərinə görə, Gürcüstan bazarında qiymətlərdə kəskin artım
gözlənilmir, lakin müəyyən dəyişikliklər mütləq olacaq.
Mənbə: NewsBureau