"Gürcü Arzusu"-nun tərəfdarları "Vahid Milli Hərəkat" partiyasının nümayəndələrinə hücüm ediblər
"Mtavari Arxi"-nin məlumatına görə "Gürcü Arzusunun" tərəfdarları aksiya keçirildikdən sonra "Milli Hərəkat" tərəfdarlarına və Dairə Seçki Komissiyasının üzvünə hücum edib. "Mtavari Arxi"nin jurnalistinin sözlərinə görə Laşa Kveladzeyə təxminən 10 nəfər hücum edib. Onu döyüblər. Kveladze sifət nahiyəsindən xəsarət alıb və bu dəqiqələrdə təcili yardım xidməti tərəfindən xəstəxanaya yerləşdirilib.

Ona məxsus olan maşın da sındırılıb. Məlumata görə maşında əyləşmiş 3 adamı da döyüblər və hücum edənlər arasında Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze də olub.

Qeyd etmək lazımdır ki,günün birinci yarısında Marneulinin 22 saylı Dairə Seçki Komissiyası ərazisində mübahisə və fiziki qarşıdurma baş vermişdi.

"Vahid Milli Hərəkat" və "Gürcü Arzusu" partiyasının nümayəndələri mübahisə edib. Tərəflər baş vermiş mübahisədə bir-birini ittiham edir. "Milli Hərəkat" Dairə Seçki Komissiyası ərazisinə etiraz aksiyası keçirmək üçün getdikdən sonra vəziyyət gərginləşib. Onlar Dairə Seçki Komissiyasının sədrinin seçilməsi prosesinə etiraz ediblər. Prosesdə müxalifət iştirak etməyib.

"Marneuli" radiosu bu dəqiqələrdə hadisə yerinə gedir və materialımızı yeniləyəcəyik.

****

Axşam saatlarında Marneulinin mərkəzində qarşdurma baş verib. "Vahid Milli Hərəkat" partiyasının nümayəndələri Qivi Kveladze və Laşa Kveladzeyə xəsarət yetiriblər.

Müxalifət partiyasının üzvlərinin sözlərinə görə, onların tərəfdarlarına "Gürcü Arzusu"-nun üzvləri hücum edib. Hadisə nəticəsində Q.Kveladze xəsarət alıb.

Hadisə yerinə polis səfərbər edilib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google