Prokurorluq: Azərbaycanla sərhəd ilə bağlı maraqlarımıza zidd qərar qəbul edilib, istintaq başladılıb

Gürcüstan Baş Prokurorluğundan verilən məlumata görə, qurumun istintaq şöbəsi Gürcüstan ərazisinin bir hissəsinin xarici ölkəyə keçirilməsi barədə Gürcüstan Cinayət Məcəlləsinin 308-ci maddəsinin birinci hissəsi ilə cinayət işi araşdırır.



Prokurorluq istintaqın 17 avqust 2020-ci il tarixində Gürcüstanın Müdafiə Nazirliyindən Dövlət Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Hökumət Komissiyasının fəaliyyəti ilə bağlı yazılı məlumatlar əsasında başladıldığını bildirib.

Müdafiə Nazirliyindən alınan məlumata görə, Komissiya Azərbaycan-Gürcüstan dövlət sərhədinin müəyyən hissələrində qanunsuz, Gürcüstanın maraqlarına zidd qərar veriblər. Bu mərhələdə istintaq digər məsələlərlə yanaşı, Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə məşğul olan Gürcüstan Hökumət Komissiyasının ayrı-ayrı mütəxəssislərinin hərəkətlərinin qanuniliyini də araşdırır.

Cari ilin 9 sentyabrında Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosu hazırkı mütəxəssislərlə yanaşı, akademikləri və geodeziya və kartoqrafiya sahəsindəki aparıcı mütəxəssisləri də əhatə edən bir kartoqrafik ekspertiza təyin edib. Cinayət işi üzrə onlarla insan dindirilib"
, – prokurorluqda bildirilir.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google