Gürcüstan Baş Prokurorluğundan verilən məlumata görə, qurumun
istintaq şöbəsi Gürcüstan ərazisinin bir hissəsinin xarici ölkəyə
keçirilməsi barədə Gürcüstan Cinayət Məcəlləsinin 308-ci maddəsinin
birinci hissəsi ilə cinayət işi araşdırır.
Prokurorluq istintaqın 17 avqust 2020-ci il tarixində Gürcüstanın
Müdafiə Nazirliyindən Dövlət Sərhədlərinin Delimitasiyası və
Demarkasiyası üzrə Hökumət Komissiyasının fəaliyyəti ilə bağlı
yazılı məlumatlar əsasında başladıldığını bildirib.
“
Müdafiə Nazirliyindən alınan məlumata görə, Komissiya
Azərbaycan-Gürcüstan dövlət sərhədinin müəyyən hissələrində
qanunsuz, Gürcüstanın maraqlarına zidd qərar veriblər. Bu mərhələdə
istintaq digər məsələlərlə yanaşı, Gürcüstan-Azərbaycan dövlət
sərhədinin delimitasiyası ilə məşğul olan Gürcüstan Hökumət
Komissiyasının ayrı-ayrı mütəxəssislərinin hərəkətlərinin
qanuniliyini də araşdırır.
Cari ilin 9 sentyabrında Levan Samxarauli adına Milli Məhkəmə
Ekspertizası Bürosu hazırkı mütəxəssislərlə yanaşı, akademikləri və
geodeziya və kartoqrafiya sahəsindəki aparıcı mütəxəssisləri də
əhatə edən bir kartoqrafik ekspertiza təyin edib. Cinayət işi üzrə
onlarla insan dindirilib", – prokurorluqda
bildirilir.