Parlamentin qəbul etdiyi qanunla peşə məktəblərinin tələbələri üçün hərbi xidmət təxirə salınacaq

Gürcüstan Parlamenti üçüncü oxunuşda yeni qanun layihəsini qəbul edib, bu qanuna görə peşə təhsili almaq istəyən tələbələr üçün proqram sona çatanadək hərbi xidmət təxirə salınacaq.



Qanun layihəsi Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşəbbüsü ilə hazırlanıb və Gürcüstanın Hərbi Mükəlləfiyyət və Hərbi Xidmət Qanununda dəyişiklikləri nəzərdə tutur.

Gürcüstan Təhsil Nazirliyindən verilən məlumata görə, layihəyə əsasən peşə təhsili almaq istəyən gənclər istədikləri proqram üzrə təhsillərini başa vurmaq və sonra məcburi hərbi xidmətə başlamaq fürsəti əldə edəcəklər.
Qanuna edilən dəyişikliklərə görə təxirə salınma yalnız bir dəfə və yalnız proqram müddətində baş verəcək.
Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google