"Mtavari Arxi"-nin jurnalisti kəllə-beyin travması alıb
"Mtavari Arxinin" jurnalisti kəllə-beyin travması alıb.

Bu barədə "Geo Hospitals"-ın kliniki direktoru Tata Şenqelaia bildirdi və qeyd etdi ki, ola bilsin xəstənin Tbilisiyə aparılmasına ehtiyac yaransın.

"Mtavari Arxinin" jurnalistinə təxminən bir saat əvvəl hücum edilib.

"Lelo"-nun Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatlığa namizədi Murad Muradov "Marneuli" radiosunun canlı yayımında bildirdi ki, Ceyhun Muhəmmədəlinin başı yarılıb. Onun sözlərinə görə, təcili tibbi yardım briqadası gec gəlib. Bu dəqiqələrdə Ceyhunu xəstəxanaya yerləşdiriblər.

Əldə etdiyimiz məlumata görə, Ceyhun Muhəmmədəliyə və “Mtavari Arxi”-nin operatoruna canlı bağlantıdan sonra hücum ediblər.
Print ელ. ფოსტა
FaceBook Twitter Google