Bu dəqiqələrdə Marneulinin "Aversi" klinikasınsa VMH-ın 3 nəfər
üzvü müayinədən keçirilir.
"Aversinin" meneceri Manana Kapanadzenin "Marneuli" radiosuna
verdiyi məlumata görə, ata-oğul – Qivi Kveladze və Laşa Kveladze
kompüter tomoqrafiyasından keçiriliblər. Üçüncü xəstə isə nisbətən
yüngül xəsarət alıb. Onun sözlərinə görə, xəstələrin üçü də
diaqnostik müayinədən keçirilir və onların vəziyyətinin
qiymətləndirilməsi üçün vaxt lazımdır.
"Mtavari Arxinin" jurnalisti Ceyhun Muhəmmədəlinin başı yarılıb.
Ona canlı bağlantıdan sonra hücum ediblər. O, hazırda "Geo
Hospitaldadır". Ancaq xəstənin Tbilisiyə aparılması gözlənilir.
Bu gün, 29 sentyabr tarixində "Gürcü Arzusunun" tərəfdarları
"VMH"-ın tərəfdarlarına hücum ediblər və Dairə Seçki Komissiyasının
üzvü Laşa Kveladzeyə hücum ediblər.
Qeyd edək ki, günün birinci yarısında Marneulinin 22 saylı Dairə
Seçki Komissiyası ərazisində mübahisə və fiziki qarşıdurma baş
vermişdi.
"Vahid Milli Hərəkat" və "Gürcü Arzusu" partiyasının nümayəndələri
mübahisə etmişdi. Tərəflər baş vermiş mübahisədə bir-birini ittiham
edir. Vəziyyət "Milli Hərəkat" Dairə Seçki Komissiyası ərazisinə
etiraz aksiyası keçirmək üçün getdikdən sonra gərginləşib. Onlar
Dairə Seçki Komissiyasının sədrinin seçilməsi prosesinə etiraz
ediblər. Belə ki, prosesdə müxalifət nümayəndələri iştirak
etməyib.