Marneulidə "Gürcü Arzusu"-nun seçki qərargahının qarşısında hücuma
məruz qalan "Mtavari" kanalının jurnalisti Tbilisidə yerləşən
xəstəxanaların birinə aparılıb. Jurnalist əvvəlcə kəllə-beyin
travması diaqnozu ilə Marneulidə yerləşən "Geo Hospital"
klinikasına yerləşdirilmişdi.
Qeyd edək ki, bu gün axşam saatlarında "Gürcü Arzusu" və "Vahid
Milli Hərəkat" partiyasının üzvləri arasında qarşıdurma baş
verib.
Qarşıdurma zamanı "VMH" partiyasının üzvü Q.Kveladze və L.Kveladze
xəsarət alıblar. Bununla yanaşı "Mtavari" və "Gürcüstan Birinci
Kanalı"-nın çəkiliş qrupuna da hücum edilib.
Həmçinin "Mtavari" və "Gürcüstanın Birinci Kanalı"-nın çəkiliş
qrupunun texnikasına da zərər dəyib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Marneulidə
"Mtavari" və "Birinci Kanal" televiziya şirkətlərinin
əməkdaşlarının peşə fəaliyyətinə mane olunması faktı ilə bağlı
istintaq başladılıb.