İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir - VİDEO
13:55 / 12.05.2021
Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak
etmək üçün Şuşaya gedir.
Bu barədə məlumat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyevanın instaqramda etdiyi paylaşımda bildirilib.
"Əziz bacılar və qardaşlar!
Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür.
Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma
Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik
həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı
səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini
sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN" - Mehriban Əliyeva instaqramda qeyd
edib.