"Gürcüstan hava hücumundan müdafiə sistemlərinin
gücləndirilməsi üçün önəmli addımlar atır".
Bunu ölkənin müdafiə naziri Cuanşer Burçuladze parlamentdə "nazir
saatı" formatında çıxışı zamanı deyib.
O, İsrailin "Rafael" iri hərbi sənaye şirkəti ilə fəal əməkdaşlığın
olduğunu bildirib:
"Bu ilin sonuna qədər bu şirkətin
hava hücumundan müdafiə sistemini əldə edəcəyik. Müasir özüyeriyən
zenit-raket kompleksinin də alınması
planlaşdırılır".
C.Burçuladze ABŞ-dan əlavə tank əleyhinə “Javelin” raket qurğuları
partiyasının da tədarükünün planlaşdırıldığını qeyd edib.
Mənbə: report.az