Gürcüstanda pilotsuz uçuş aparatları istehsal olunacaq.
Bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze məlumat
verib.
Onun sözlərinə görə, "Delta" hərbi elmi-texniki mərkəzdə istehsal
olunacaq ilk PUA-lar 2022-ci ildə təqdim ediləcək.
Nazir həmçinin bildirib ki, mərkəzin bazasında yaradılacaq
Gürcüstan-İsrail birgə müəssisəsi M4 tipli avtomatların istehsalını
təşkil edəcək.
Mənbə: report.az