“Cənubi Qafqaz bölgəsi üçün region hüdudlarından
kənarda - Mərkəzi Asiya və Çinlə əməkdaşlıq potensialı
mövcuddur”.
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya
Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq
üçün yeni imkanlar” mövzusuna həsr olunan paneldə çıxışında
deyib.
O bildirib ki, bu cür əməkdaşlığın artıq praktiki nümunələri var:
“Bu yaxınlarda Batumidə yeni terminal açıldı. Həmin
layihə Azərbaycan, Gürcüstan, Özbəkistan və ABŞ arasında çox yaxşı
əməkdaşlığın nəticəsi oldu. Bu cür potensiallı layihələr olduqca
çoxdur və onlar inkişaf etdirilə bilər. Layihələrdən biri Qara
dənizdə sualtı elektrik xətlərinin çəkilməsi ilə bölgəmizin Avropa
ilə əlaqələndirilməsi ilə bağlıdır”.
Mənbə: report.az