Gürcüstanda koronavirusun Hindistan ştammına iki yeni yoluxma qeydə
alınıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
O, bununla ölkədə virusun təhlükəli növünə ümumi yoluxma sayının
20-yə çatdığını bildirib.
Qeyd edək ki, ölkədə Hindistan ştammına ilk yoluxma faktları mayın
27-də təsdiqlənib.
Mənbə: report.az