Gürcüstanda daha 521 nəfər koronavirusa yoluxub
Gürcüstanda ötən sutkada daha 521 nəfərin koronavirusa yoluxduğu
müəyyən edilib, 911 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında
bildirilib.
Son 24 saat ərzində daha 12 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkədə COVID-19-a 358 881 yoluxma halı
təsdiqlənib. Yoluxanların 344 748-i sağalıb, 5 160-ı isə ölüb.