“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
Bizə məlum oldu ki, Marneuli bələdiyyəsinin inzibati resursundan
istifadə edərək, 29 aprel tarixində “Gürcü Arzusu” tərəfindən anons
edilmiş aksiyaya məktəb və uşaq bağçası müəllimlərini
aparacaqlar.
“Mən 2 məktəbdə müəllim kimi işləyirəm və hər iki məktəbdə də mənə
bu haqda məlumat verdilər. Özləri xüsusi olaraq marşrut
göndərəcəklərini və insan çatışmazlığı olacağı təqdirdə əlavə kənd
əhalisindən də aparacaqlarını dedilər”, - Marneuli
bələdiyyəsinin kəndlərinin birində fəaliyyət göstərən pedaqoq
bildirdi.
Mövzu ilə bağlı, Marneuli bələdiyyəsinin kəndlərindən birində
fəaliyyət göstərən pedaqoq bildirdi ki, məktəb direktoru 29 aprel
tarixində Tbilisidə keçiriləcək görüş barədə onlara məlumat
verib.
“Direktorumuz bizə bu haqda məlumat verdi. Ancaq
görüşün nədən bəhs etdiyi barədə direktor bizə heç nə demədi. “Rus
qanununun” da nə olduğunu bilmirəm. Özüm şəxsən getməyi düşünmürəm
çünki, körpə uşağım var. Yəqin ki, mənim yerimə başqa birini
apararlar. Dedilər ki, bunun üçün avtobus ayrılıb və müəyyən bir
saat təyin olunacaq və sizə bildiriləcək. Amma başqa məlumatım
yoxdur”, - pedaqoq bildirdi.
Biz qeyd olunan mövzu ilə əlaqədar olaraq, bir neçə məktəb
direktoru ilə əlaqə saxladıq. Onlara 29 aprel tarixində Tbilisidə
keçiriləcək aksiya haqqında məlumat verilib-verilmədiyini soruşduq.
Onlar cavab olaraq bildirdilər ki, onlara heç bir yerdən məlumat
verilməyib. Müəllimlər isə qeyd etdilər ki, onlara müdiriyyət
tərəfindən məlumat verilib ki, 29 aprel tarixində marşrut gələcək
və onları Tbilisidə keçiriləcək aksiyaya aparacaqlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.