Hökumət Gürcüstan vətəndaşlarının kommunal xərclərini noyabr,
dekabr, yanvar və fevral aylarında da ödəyəcək.
Bu bəyanatı Gürcüstanın Baş naziri Qiorqi Qaxaria hökumət iclasında
bildirib.
“Vətəndaşlarımızın ailə gəlirinin azalmasını, yaxud iş yerlərini
itirməsini qarşılamaq üçün hökumət kommunal xərclərə dəstək
baxımından bu proqram qış ayları ərzində davam etdirilməsi barədə
qərar qəbul edib. Proqram noyabr, dekabr, yanvar və fevral
aylarında həyata keçiriləcək. Prinsip olduğu kimi qalır, 200
kilovat elektrik enerjisi və 200 kub metr qazdan istifadə olunan
halda hökumət xərcləri ödəyəcək. Bizim maddi vəziyyəti nisbətən
yaxşı olan vətəndaşlarımızın proqramdan imtina etmək imkanı da
olacaq”, – Qaxaria bildirib.