Xəbərlər
Marneulili idmançı Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub (VIDEO)
İlk dəfə 12 yaşında idmanla məşğul olmağa başlayan Faiq Məmmədov 1989-cu ildə idmana karate ilə başlayıb. Müəyyən səbəblərə görə, 1998-ci ildən taekvondo idman növünə keçib. Karatedən taekvondoya keçmək onun üçün çətin olmayıb. Çünki onun idmanda təcrübəsi olub. İki ildən sonra isə müəllimliyə başlayıb. O, idmançı olması ilə fəxr edir və bildirir ki, bu gün onun tələbələri Gürcüstan, dünya, Avropa çempionu olublar.

“İndiki vaxtda qədər, 4 nəfər dünya çempionu yetişdirmişəm. 1 nəfər də Avropa çempionu yetişdirmişəm. Bu müddətdə dəfələrlə Gürcüstan çempionu yetişdirmişəm. Dünya çempionatının qaliblərini yetişdirmişəm. Baxmayaraq ki, şəraitimiz görürsünüz nə gündədir. Yəni belə bir zaldan dünya çempionları çıxartmaq özü böyük məsuliyyətdir. Bizim üzərimizə böyük məsuliyyət düşür. Biz ölkədə Marneulinin adını doğrulduruq. Ölkədən kənarda isə Gürcüstanımızın adını doğrulduruq”, – Faiq Məmmədov dedi.



İdmançı deyir ki, bəzən ona sual verirlər ki, uşağı altı yaşında idmana qoymaq olarmı. O, deyir ki, aşağı yaşda uşağı idmana qoymaq məsləhət deyil.

“Mənim 22 ilik müəllimlik təcrübəm var. Yəni uşaqları 9 yaşından yuxarı idmana qoymaq daha məsləhətlidir. Uşağın orqanizmi yavaş-yavaş düzəlir. Biz 6 yaşında belə idman zalına buraxırıq. Yəni bir az qaçırırıq, amma idmanla məşğul olmurlar. 9 yaşından sonra olmalıdır. Bu mənim təcrübəmdəndir. Yəni kitablarda yazılır ki, 6 yaşda olar, 5 yaşda olar. Nəzəri olaraq elədir. Praktika göstərir ki, 9 yaşından yuxarı daha məsləhətlidir. Bu gün mənim tələbələrimin içində ən balacası 6 yaşındandır. Yəni ki, onu da xahişlə götürmüşəm. Sadəcə burada qaçır, yüngül idman edir. Yəni çox ciddiyə almırıq. Ən böyüyümüzün də 18 yaşı var. Ondan böyükləri də var. Müəyyən səbəblərə görə, bu günlər bir az çətin vəziyyət olduğuna görə, gəlməyiblər”, – Faiq Məmmədov dedi.



Faiq Mmmdəovun dediyinə görə, hal-hazırda çətin vəziyyətdə idmanla məşğul olurlar. İndi 6 saylı məktəbin idman zalında işləyirlər. Çətin vəziyyətdə idmanla məşğul olmalarına baxmayaraq yenə də idmana davam edirlər. İdmançı deyir ki, yaxın zamanlarda yeni idman zalı açacaq və ümid edir ki, yeni zala keçsə, hər şey yaxşı olacaq. Orada daha güclü idmançılar yetişdirərək və böyük nailiyyətləri olacaq. Faiq Məmmədov onu da qeyd etdi ki, yaxın günlədə o, Gürcüstan kikboks və karate federasiyasının prezidenti təyin olunub.

“Bildiyiniz kimi, mən Gürcüstan sayokan federasiyasının prezidentiyəm. Dünya alpaqut federasiyasının qurucularından biriyəm. Bu yaxınlarda mənə təklif olundu ki, Gürcüstan kikboks və karate federasiyasının prezidenti olum. Hörmətli konfederasiya tərəfindən, hörmətli Kaxa Basilia tərəfindən mənə təklif olundu. Mənim işlərimə baxıb bəyənib. Yəni dedi ki, sizə bu təklifi edirik. Sən bunun prezidenti ola bilərsənmi və bu işin öhdəsindən gələ bilərsənmi. Məndən qabaq bu titul başqa idmançıda idi. Yəni o, özünü doğrultmadığı üçün müəyyən səbəblərə görə, korrupsiya olduğuna görə, həmin adamı federasiyadan çıxardılar. Məni təyin etdilər. Mən də ki, hələlik federasiyaya təzə girmişəm. Mənim təcrübəm olduğuna görə, mənə elə gəlir ki, bu işin öhdəsindən layiqincə gələcəyəm”, – Faiq Məmmədov dedi.



Marneulili idmançı deyir ki, hər gün səhər saat 6-da o, mərkəzi stadionda məşq edir. Onun bildirdiyinə görə, nə qədər bədənində ruh var, nə qədər ki, sağlamdır, məşqlərini davam etdirəcək. Yeni döyüş növünün yaradılmasından danışan Faiq Məmmədov dedi ki, yaxın vaxtlarda onun təqdimatını da planlaşdırır.

“Yeni döyüş növünün adı Türk Hərbi Döyüş sənətidir. Onun üzərində işləyirəm. Böyük işlər görmüşəm. Hətta adının üzərində də çox çalışıram. Tunka adını qoymaq istədik. Dünyaya tunka kimi tanıtdırdıq. Sonra tunka adından imtina elədik. Ona görə ki, tun sözünün mənası, qədim türk dilində qaranlıq döyüşçülər deməkdir. Yəni türklər qaranlıqda vuruşan olmayıbdır. Türklər qarşı-qarşıya vuruşan olub. Ona görə də o addan imtina etdik. Yaxın günlərdə tanrının köməkliyi ilə adı hər yerdə yayılacq. Onda sizi də dəvət edəcəyəm, gələrsiniz”, – Faiq Məmmədov dedi.



Məmmədov Marneuli meriyasının ona az dəstək olmasından da danışdı. Bildirdi ki, meriya ona köməklik edir, amma yüksək səviyyədə deyil.

“Marneuli meriyasından mənim özümün maaşım var. Özüm maaş alıram. Köməklik edir, amma o səviyyədə deyil. Mən istəyən səviyyədə yox. Mən dediyim səviyyədə eləmirlər. Yəni mən bu dəqiqə qalxım bunu etdilər deyim, yox. Fakt göz qabağındadır. Nə eləyiblər. Yəni “lapa”-lar verdilər, bu yaxınlarda əlcəklər, “lapa”-lar verdilər. Cüzi miqdarda kömək etdilər”, – Faiq Məmmədov dedi.



Hər kəsi idmanla məşğul olmağa dəvət edən idmançı gənclərin pis vərdişlərdən uzaq olmalarını tövsiyə etdi.

“Marneuli cavanlarını, Gürcüstan cavanlarını, hamını idmana dəvət edirəm, idmanla məşğul olmağa dəvət edirəm. Çayxanalardan, qəlyanlardan, yəni elə yerlərdən uzaq durmağı təklif edirəm. Kompüter oyunlarından uzaq durmağa təklif edirəm. Yəni ki, sağlam bədəndə sağlam ruh olar. Hər bir evdə əsgər olmalıdır, hər bir evdə bir əsgər böyüməlidir”, – Faiq Məmmədov dedi.



Məmmədov idmançıları onların federasiyasına qoşulmağa və dünya arenalarında iştirak etməyə də çağırdı.


FaceBook Twitter Google
დაიცავი დისტანცია