10 avqust səhər saatlarına olan məlumatlara görə, Gürcüstanda son
24 saat ərzində koronavirusa 25 yeni yoluxma halı aşkarlanıb, daha
10 xəstə isə sağalıb.
Hökumətin rəsmi stopcov.ge veb-saytının verdiyi məlumata görə,
Gürcüstanda Covid-19-a ümumilikdə 1250 yoluxma halı təsdiqlənib ki,
onlardan da 1010 nəfər sağalıb, 17 nəfər isə vəfat edib.
Digər məlumatlara gəlincə, hazırda 7068 nəfər karantin rejimində,
242 nəfər isə stasionarda nəzarət altındadır.
Xaricdən müalicə üçün gətirilmiş Gürcüstan vətəndaşlarının sayı isə
41 nəfərdir.