Gürcüstanda hava pisləşəcək
Bu gündən etibarən Gürcüstanda hava pisləşəcək, ölkə ərazisində yağış yağacaq.

Bu barədə ölkənin Ətraf Mühit üzrə Milli Agentliyindən bildirilib.

Yağıntılı hava şəraitinin avqustun 15-dək davam edəcəyi gözlənilir.

Sinoptiklərin proqnozuna əsasən, Gürcüstanın qərbində havanın temperaturu +24, şərqində isə +28 dərəcəyədək enəcək.

Tbilisidə isti hava avqustun 11-dək davam edəcək, daha sonra qısamüddətli yağış yağacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək.

Mənbə: NewsBureau
Print ელ. ფოსტა
FaceBook Twitter Google