“Gürcüstanda yeni dərs ili öncə elan etdiyimiz kimi sentyabrın
15-də başlayacaq”.
Bunu ölkənin səhiyyə naziri Mixeil Çxenkeli jurnalistlərə
açıqlamasında deyib.
Nazir bildirib ki, hazırkı epidemioloji vəziyyətə əsaslanaraq demək
olar ki, tarixin təxirə salınması üçün əsas yoxdur.
M.Çxenkeli məktəblərin fəaliyyəti ilə bağlı tövsiyələrin
hazırlandığını və yaxın günlərdə onların ictimaiyyətə təqdim
olunacağını qeyd edib.
Mənbə: NewsBureau