Gürcüstanda koronavirusun ikinci dalğasının mümkün vaxtı açıqlanıb
Gürcüstanda koronavirus epidemiyasının ikinci dalğasının payızda başlayacağı gözlənilir.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

O deyib ki, COVID-19-a yoluxma hallarında artımın oktyabrın sonundan noyabr ayının ortalarına qədər davam edəcəyi ehtimal edilir.

Baş epidemioloq ölkədəki hazırkı epidemioloji vəziyyətin ikinci dalğa olmadığını qeyd edib.

Mənbə: NewsBureau
Print