Hökumət standart olmayan almaların alınmasına subsidiya verəcək
Baş nazir Qiorqi Qaxarianın sözlərinə görə, hökumət 2020-ci ilin dekabrına qədər alma alışına subsidiya verəcək. Sözügedən bəyanatı Qaxariya hökumətin bu gün keçirilən iclasında verib.

Baş nazirin izah etdiyi kimi, proqramda iştirak edəcək bütün şirkətlər 10 tetri əlavə subsidiya alacaqlar.

“İqtisadi böhran çərçivəsində müxtəlif sektorlara kömək edirik və kənd təsərrüfatına xüsusi diqqət yetiririk. Əsas məqsəd, fermerlərimizin istehsal etdiyi bir qram məhsulun belə diqqətdən kənarda qalmamasıdır ki, üzümçülüyə dəstəyimizin səbəbi də məhz bu idi. Bildiyiniz kimi, bu il hökumət üzüm alışına subsidiya verir və atacağımız növbəti addım alma məhsulunun satışına dəstək olacaq. Bu il beynəlxalq bazarlarda almanın qiyməti xeyli aşağı düşdü, buna görə də Kənd Təsərrüfatı Nazirliyinin tövsiyəsi ilə bu gün standart olmayan almaya əlavə 10 tetri subsidiya vermək qərarı verməliyik, nəticədə sahibkarlarımız, fermerlərimiz üçün bu qiymət ən az 22 tetri olacaq. Xüsusilə alma yerləşdirilməsi üçün qurulacaq satınalma qərargahında iştirak edəcək bütün şirkətlər əlavə 10 tetri miqdarında bu subsidiyadan yararlanacaqlar. Bu yəqin ki, bölgə üçün vacibdir, ona görə də burada düzgün və səmərəli iş görməliyik. Bu proqram 2020-ci ilin dekabrına qədər davam edəcək",
– deyə Qaxaria bildirib.

Mənbə: İnterPressNews
Print