Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş
Assambleyasındakı çıxışı zamanı bir daha Gürcüstanın ərazi
bütövlüyünü dəstəkləyib.
Rəcəb Tayyib Ərdoğan bölgədəki qarşıdurmalardan ətraflı
danışıb.
“İyul ayında Azərbaycana hücum edən Ermənistan Cənubi
Qafqazda sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha
təsdiqlədi. Biz bölgədəki münaqişələrin, xüsusən də Dağlıq Qarabağ
münaqişəsinin ən qısa zamanda həll olunmasının tərəfdarıyıq. BMT və
ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan və Gürcüstanın ərazi
bütövlüyünü və suverenliyini dəstəkləyirik", – Rəcəb
Tayyib Ərdoğan deyib.