Ruslan Hacıyev: “Azərbaycan ordusu uğurlu hərbi əməliyyatlarla ərazi bütövlüyünü bərpa edir”
“Azərbaycanın Silahlı Qüvvələrinin öz ərazi bütövlüyünün bərqərar olunması yönündə apardığı uğurlu hərbi əməliyyatlar onu deməyə əsas verir ki, bölgəmizdəki bu kimi münaqişələr tezliklə öz həllini tapmalıdır”.

Bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev “Facebook” səhifəsində yazıb.

Deputat bildirib ki, münaqişələr həll olunmadığı halda silaha əl atmaq məcburiyyətində qalınır: “Bu gün Abxaziyanın işğal olunduğu gündür. Təəssüflər olsun ki, Gürcüstan da separatizmdən əziyyət çəkən dövlətlər sırasındadır. Azərbaycanın ərazi bütövlüyünün bərpasının Gürcüstanın ərazi bütövlüyü məsələsinin həllinə tez bir zamanda yol açacağına inanıram”.

Mənbə: NewsBureau
Print