"Gürcü Arzusunun" Bolnisidəki majoritar millət vəkili namizədi Qoqi
Meşveliani, fiziki hücumla əlaqəli "Güc Birlikdədir"-in iddialarını
rədd edir və əksinə onları hücumda günahlandırır.
On.ge-yə danışan Qoqi Meşveliani, hadisədə iştirak etmədiyini,
həmin an Bolnisidə olmadığı və qardaşının birini döymədiyini,
əksinə onları ayırmağa çalışdığını bildirdi.
"Yalanlar yayırlar və vəziyyəti tam əksinə təqdim etməyə
çalışırlar. O bölgənin lideri Arif Yusufov qohumları və yoldaşları
ilə birlikdə təbliğat qrupumuza hücum etdi. Çayxanada qarşıdurma
yaratdılar, bizim tərəfdarlarımız ordan uzaqlaşdılar,
mikro-qərargaha qayıtdılar. Seçki qərargahının ərazisində olan
fəallarımıza dəyənək və daşlarla hücum edildi və Yusufov
aktivistimizi başından yaraladı."
Daxili İşlər Nazirliyinə müraciət edib etmədikləri barədə suala
Meşveliani bu barədə məlumatının olmadığını bildirdi.
"Qardaşım hadisə baş verən zaman çayxanaya çox yaxın olan
mikro-qərargahda idi. Fiziki mübahisənin başladığını öyrəndikdə
hadisə yerinə gəlib." - dedi.
"Güc Birlikdədir" tərəfdarları Bolnisiyə toplaşaraq etiraz mitinqi
keçirir. Onlara görə, Qoqa Meşvelianinin qardaşı və təxminən 50
nəfər müxalifət üzvlərini döydü.
"Güc Birlikdədir" namizədi Kaxa Okriaşvilinin sözlərinə görə,
təcavüzkarlarda odlu silah var idi və "ünvansız atəş etdilər".
Yaralanan, "Gürcü Arzusu" namizədinin qardaşı tərəfindən hücum
edildiyi zaman çayxanada olduğunu söylədi.
Hadisə yerinə polis gəlib. Daxili İşlər Nazirliyindən verilən
məlumata görə, iş Gürcüstan Cinayət Məcəlləsinin qrup zorakılığını
nəzərdə tutan 126-cı maddəsinin 1-ci hissəsinin "b" bəndinə əsasən
aparılır.
"Bolnisidəki müxalifətin məni hücumda ittiham etməsi ilk dəfə
deyil." Xatırladaq ki, Kaxa Okriaşvili bu çağırış parlamentində
Gürcü Arzusunun təmsilçisi idi.