Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə,
Ermənistan qəsdən Azərbaycanın mülki əhalisinə hücum edir.
“Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və
infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq
hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar
hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına
pozur", – Azərbaycan Xarici İşlər Nazirliyinin
"Facebook" səhifəsində yerləşdirilən açıqlamada deyilir.
Azərbaycan hökümətinin verdiyi məlumata görə, Ermənista silahlı
qüvvələri Tərtər şəhərinə səhərdən bəri hücum edir.